Bakıda son 7 ayda özünü zəhərləyib öldürmək istəyənlərin çoxu xanımdır – AÇIQLAMA

İlin əvvəlindən bu günə kimi intihara cəhd edən 18 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bu barədə oxu.az-a şöbənin baş həkimi Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, qeydə alınanlar arasında ölüm hadisəsi baş verməyib:

“Daha çox sirkə turşusu və dərman içərək intihara cəhd edən insanlar bizə müraciət edib. 18 nəfərdən 12-si sirkə turşusu içib, 6 nəfər isə dərman qəbul edib. Daha çox sakitləşdirici, yuxu, depressiyaya qarşı dərmanlardan istifadə olunub”.

Azər Maqsudov müraciət edənlərin daha çox Bakıdan olduğunu bildirib:

“Rayonlardan çox az şəxs gətirilib. Müraciət edənlərin çoxu Bakıdandır. İntihara cəhd edən şəxslərdən 6-sının vəziyyəti kəskin, qalanlarının isə orta ağır olub. Amma hər hansı ölüm hadisəsi baş verməyib”.

Azər Maqsudov onu da əlavə edib ki, intihara daha çox gənclər və ortayaşlılar cəhd edib:

“Müraciət edənlər 25 və 40 yaş arası olan şəxslər olub. Xanımlar daha çox üstünlük təşkil edib”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *