Sabirabadda baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub – YENİLƏNİB

Sabirabad rayonunda baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub.

Median.Az-ın report-a istinadən məlumatına görə, Hacıqabul-Horadiz avtomobil yolunun rayonun Bulaqlı kəndindən keçən hissəsində “VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı minik maşını toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü, Sabirabad rayon, Qalağayın kənd sakini, 1959-cu il təvəllüdlü Fərzalıyev Fərzalı Salman oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *