“Qəbələ”nin futbolçusu zədələnərək, stadionu təcili yardım maşını ilə tərk edib

Gürcüstanda “Dinamo” ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Qəbələ” itki ilə üzləşib.

Median.Az report-a istinadən xəbər verir ki, 37-ci dəqiqədə Rasim Ramaldanov həmklubu İvitsa Zunitlə kəllə-kəlləyə toqquşub. Nəticədə Ramaldanov meydanı xərəkdə tərk etməli olub.

Daha sonra o, təcili yardım maşınına mindirilərək aparılıb. Zədəli futbolçunu Sadiq Quliyev əvəzləyib.

Qeyd edək ki, hazırda hesab bərabərdir – 0:0.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *