Rusiyadan gələn VAZ yerli VAZ-la toqquşdu – Xaçmazda

Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, qəza şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Rusiya dövlət nömrə nişanlı “Vaz 21010” markalı minik avtomobili “Vaz 2106” markalı maşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *