Bakıda mənzil yandı

Bu gün Bakı şəhərinin Xəzər rayonunda mənzil yanıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanğın hadisəsi ümumi sahəsi 120 kvm olan birmərtəbəli 4 otaqlı evdə baş verib.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *