Novxanıda 1 nəfər dənizdə batıb

Abşeron rayonunun Novxanı kəndində, dənizdə 1 nəfər batıb.

Median.Az-ın məlumatına görə, bu barədə Lent.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *