Rusiyadan qaçıb Bakıda gizlənən azərbaycanlıya 13 il həbs verildi

Rusiya istintaqından qaçaraq Azərbaycanda gizlənmiş Murad Məmmədovun Bakıda məhkəməsi olub.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sankt-Peterburqda cinayətkar qruplaşmanın üzvü olan Murad 13,6 il azadlıqdan məhrum edilib. 1962-ci il təvəllüdlü Məmmədov Sankt-Peterburqun İstintaq orqanları tərəfindən ağır cinayətlər törətməkdə ittiham olunub və axtarışa verilib.

Məlumata görə, dəstə üzvü Sankt-Peterburqda əsasən Ağdam rayonundan Rusiyaya gedənlərdən ibarət qruplaşma yaradıb. Dəstə üzvləri sifarişli qətllər törədirmiş. Belə ki, 2007-ci ilin noyabrında Məmmədov həmyerliləri ilə birlikdə yerli müəssələrdən birinin rəhbərindən ayda 10 min rubl xərac istəyib. 2009-cu ildən pulu verməkdən imtina edən sahibkarın əvvəlcə avtomobili yandırılıb, 2009-cu ilin aprelində isə 22 yaşlı qızı öldürülüb.

Cinayətdən axtarışda olan Murad Azərbaycanda gizlənib. Daha sonra onun Rusiya vətəndaşlığı ləğv edilib.

Məmmədovun barəsində istintaq materialları Azərbaycanın hüquq-mühafizə orqanlarına təqdim edilib. Həmin materiallar əsasında Murad Məmmədov 13 il 6 ay azadlıqdan məhrum edilib.

Dəstənin digər üzvləri barəsində də Rusiyanın məhkəmə instansiyaları tərəfindən ittiham aktları tərtib olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *