Sumqayıtda yol qəzası baş verib, xəsarət alan var

Sumqayıt şəhərində yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, qəza şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.

Belə ki, minik avtomobili ilə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü, 1986-cı il təvəllüdlü Bəhruz Bayramov kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *