Bakıda sürət həddini aşan sürücü qəza törədib

Bakının Nərimanov rayonu ərazisində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, Koroğlu Rəhimov küçəsi ilə hərəkətədə olan “99-BE-969” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil sürət həddini aşaraq “99-PD-304” dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı maşını arxadan vurub.

Hadisə zamanı sürücülərdən xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları gəlib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *