Üç nəfər dənizdə batmaqdan xilas edildi

Bu gün çimərliklərdə batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, təhlükəli anlar Şıx və Mərdəkan sularda xilasetmə məntəqələrinin ərazisində yaşanıb.

Çimərkən batma təhlükəsi ilə üzləşən şəxsləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları xilas ediblər.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *