Daşkəsəndə 27 yaşlı gənc özünü bıçaqlayıb – YENİLƏNİB

Daşkəsən şəhərində bıçaq xəsarəti alan şəxsin kimliyi məlum olub. Median.Az-ın report-a istinadən məlumatına görə, bu 1992-ci il təvəllüdlü rayon sakini, Babək Alıyevdir.

Qarın və döş qəfəsindən bıçaq xəsarətləri alan gənc əməliyyat olunub, vəziyyəti kafidir.

27 yaşlı gəncin hələki məlum olmayan səbəblərdən özü-özünə bıçaqla xəsarət yetirdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

***

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb. Bıçaq xəsarətləri alan gənc oğlan Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hazırda hadisənin baş vermə səbəbləri və xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *