40-a yaxın şəxs hovuzda xlordan zəhərləndi

Çinin paytaxtı Pekində hovuza xlor sızması nəticəsində azı 38 nəfər xəstəxanaya yerləşdirilib.

Median.Az trend-ə istinadən xəbər verir ki, hovuzda olanlar ürək bulanması və baş gicəllənməsi hiss ediblər.

Nəticədə onlar xəstəxanaya yerləşdirilib və həmin şəxslərin xlordan zəhərləndikləri məlum olub.

Qeyd olunur ki, hovuz sınaq rejimində fəaliyyətə başlayıb. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *