Güclü külək Tovuzda 370 ailəni işıqsız qoydu – FOTO

Güclü külək Tovuz rayonunda elektrik enerjisinin verilməsində maneələr yaradıb.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, rayonun Qovlar şəhəri, Mamed Mamedov küçəsində 370 ailənin istifadəsində olan 100 kilovatlıq transformator külək nəticəsində alışıb.

Hadisə yerinə FHN-in iki yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğın söndürülsə də, hadisə nəticəsində 370 ailə işıqsız qalıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *