Kürdəmirdə binadan yıxılan fəhlə xəstəxanada dünyasını dəyişib – FOTO – YENİLƏNİB

Kürdəmir rayonunda binadan yıxılan fəhlə xəstəxanada dünyasını dəyişib.

Median.Az-ın report-a istinadən məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, Rəmzi Qələbə oğlu İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda cinayət işi başlanılıb.

***

Kürdəmir rayonunda fəhlə işlədiyi binadan yıxılaraq xəsarət alıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayon ərazisində məcburi köçkünlər üçün tikilən yaşayış massivində baş verib.

Belə ki, rayonun Atakişili kənd sakini, 1971-ci il təvəllüdlü Rəmzi Qələbə oğlu İbrahimov işlədiyi binada ehtiyatsızlıq edib və hündürlükdən yıxılıb. Yaralı ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *