Bakıda Yaşıllaşdırma İdarəsinin işçisi digərini öldürüb

Bakının Xətai rayonunda ağacların suvarılması faciə ilə yekunlaşıb.

Xətai Rayon Polis İdarəsindən oxu.az-a verilən məlumata görə, avqustun 6-sı saat 07:00-də Babək prospektində, 1152 saylı binanın yanında Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşı, 1950-ci il təvəllüdlü Nəcəfov Vaqif Səttarxan oğlu ağacları suvararkən ehtiyatsız davrandığına görə yolun hərəkət hissəsinə yıxılıb və yaxından keçən “Ford” markalı avtomobilin təkəri altına düşüb.

Avtomobili idarənin digər işçisi 1959-cu il təvəllüdlü Minhaciddin Baqautdinov idarə edib.

Xəsarət alan V.Nəcəfov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, dörd saatdan sonra aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *