Yasamalda apteklərdən oğurluq edən şəxs saxlanılıb


Median.Az
xəbər verir ki, Yasamal RPİ 28-ci polis bölməsi və DİN Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də rayon ərazisindəki aptekdən 1266 manat pul oğurlayan Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş P.Axundov saxlanılıb.

Araşdırma zamanı onun, avqustun 6-da rayon ərazisindəki daha bir aptekdən 230 manat pul və mobil telefon oğurlaması müəyyən edilib.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *