Qırğızıstan prezidenti məzuniyyətini yarımçıq qoydu: Atambayevin həbsinə görə – YENİLƏNİB+ FOTO

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün məzuniyyətini yarımçıq saxlayıb və Bişkekə yola düşüb.

TASS xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Ölkə başçısı eks-prezident Almazbek Atambayevin həbsi ilə əlaqədar istirahətini yarımçıq qoyub.

Atambayevin qərargahından onun tutularaq naməlum istiqamətə aparıldığını bildiriblər. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, A.Atambayev ölkəyə 2011-ci ildən 2017-ci ilədək rəhbərlik edib. O, Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşüb.

***

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov məzuniyyətini yarımçıq saxlayaraq, Bişkekə qayıdıb.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *