Abşeronda qəza: piyada hadisə yerində ölüb

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 5-də saat 23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Kazımov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Rəvan Abdinovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.//milli.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *