Barda azərbaycanlını öldürən şəxs təslim oldu

Rusiyadakı barlardan birində 27 yaşlı azərbaycanlını öldürən şəxs tutulub.

“1000inf.ru” xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən və axtarışda olan Anatoli Qrudistov öz xoşu ilə polis bölməsinə gələrək təslim olub.

Onun haqqında qəsdən adam öldürmə ittihamı ilə cinayət işi açılıb.

Qeyd edək ki, iyulun 28-də “Rokko” barında A.Qrudistov şəxsi münaqişə zəmnində azərbaycanlını başından yaralayaraq öldürmüşdü.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *