Sumqayıtda avtomobillərdən və evlərdən oğurluq edən 2 nəfər tutulub

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may-iyul ayları ərzində, şəhər ərazisindəki 7 avtomobildən, habelə 2 evdən pul, mobil telefon və məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsrullayev və Bakı şəhər sakini olan yeniyetmə saxlanılıblar.

ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *