Evdən qaçan 3 uşaq anasının məktubu tapıldı: “Gedirəm, amma mənim bu evdə…”

İsmayıllı rayonunda evdən qaçan 3 uşaq anasının məktubu ələ keçib.

Median.Az aznews.az-a istinadən xəbər verir ki, bu barədə Pərvanə Bədəlovanın yaxınları məlumat verib.

Onların bildirdiyinə görə, Pərvanə Bədəlova həmin məktubda tezliklə evə qayıdacağını yazıb:

“Gedirəm, amma mənim bu evdə iki qız uşağım qalıb. Tezliklə onları götürmək üçün bu evə qayıdacam” – deyə vurğulayıb.

Qeyd edək ki, İsmayıllı rayonunda 3 uşaq anası evdən qaçıb. Rayonun Qalınçaq kənd sakini Bədəlova Pərvanə Rəfael qızı bu il iyulun 28-də gecə 3 radələrində 4 yaşlı övladı İsmayıl Bədəlovu da götürərək evdən qaçıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *