Tbilisi “Dinamo”su “Qəbələ” ilə oyuna görə cəzalandırıldı

Gürcüstanın “Dinamo” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə oyununa (3:0) görə cəzalandırılıb.

Buna gürcü azarkeşlərin Boris Payçadze adına “Dinamo Arena”da keçirilən görüşdə irqçi davranışları səbəb olub.

Buna görə UEFA Tbilisi klubunu 50 min avro cərimələyib.

Avqustun 15-də Tbilisidə baş tutacaq “Dinamo” – “Feyenoord” görüşü azarkeşsiz keçiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *