Sinqapurda dengedən ölənlərin sayı 9 nəfər oldu

Sinqapurda ilin əvvəlindən denge qızdırmasından ölənlərin sayı 9 nəfərə çatıb.

Median.Az Trend-ə istinadən xəbər verir ki, ölkənin ətraf mühit üzrə Milli Agentliyi bu göstəricinin ölkə tarixində rekord dərəcədə olduğunu bəyan edib.

Ümumlikdə isə ölkədə təxminən 9 mindən çox bu virusa yoluxma halı qeydə alınıb.

Məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Xəstəliklə bağlı ölüm faktlarının ayrı-ayrı rayonlarda qeydə alındığı bildirilir.

Xəstəliyin geniş vüsət almasının səbəbi kimi bu virusun əsas yayıcısı olan “Aedes aegypti” ağcaqanadlarının çoxalmsı göstərilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *