Donald Tramp tətilə gedib

ABŞ prezidenti Donald Tramp bu gündən – avqustun 9-dan tətilə gedib.

Median.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə mediası xəbər yayıb.

Bildirilib ki, D.Tramp tətilini Nyu-Cersi ştatındakı “Bedminster” qolf klubunda keçirməyi planlaşdırır.

On gün davam edəcək tətil müddətində ABŞ liderinin həmçinin bir sıra rəsmi tədbirlərdə iştirakı və səfərləri nəzərdə tutulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *