İranda kanalizasiya qazından 9 nəfər zəhərləndi, 3 ölü

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Bircənd şəhərində kanalizasiyada yaranan qaz nəticəsində 9 nəfər zəhərlənib.

Median.Az Trend-ə istinadən bildirir ki, bunu Bircənd meriyasının fövqəladə hallar idarəsinin icra direktoru Əli Hüseyni deyib.

Ə.Hüseyninin sözlərinə görə, 4 mərtəbəli binanın zirzəmisində yaşayan ailə kanalizasiyaya xlor töküb.

Nəticədə kanalizasiya quyusunda metan və digər öldürücü qazlar artıb. 3 nəfər həlak olub, biri komadadır.

İdarə rəsmisi bildirib ki, hadisədə 5 yanğınsöndürmə əməkdaşı da zəhərlənib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *