Bərdədə otla dolu traktor qoşqusu yanıb

Bərdə rayonunda yanğın hadisəsi qeydə alınıb.

Hadisə rayonun Həsənqaya kəndi ərazisində qeydə alınıb.

“T-80” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 300 ədəd ot bağlaması yanaraq kül olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *