24 yaşlı anadan 24 gündür xəbər yoxdur – FOTO

Lənkəranda 24 yaşlı qadın itkin düşüb.

Rayonun Separadi kənd sakini, 1995-ci il təvəllüdlü Şəhanə Söhrab qızı Məmmədzadə yoxa çıxıb.

Ş.Məmmədzadə iyul ayının 20-si səhər saat 10:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha evə qayıtmayıb.

Şəkildəki qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-654-73-15 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ş.Məmmədzadə ailəlidir və bir uşağı var.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *