Bakıda avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da rayon ərazisində “Lada Priora” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlayan Abşeron rayon sakini olan yeniyetmə saxlanılıb.

Araşdırma zamanı onun daha bir avtomobildən, içərisində 60 manat olan pul kisəsi, 2 ədəd qidalandırıcı qurğu və mobil telefon oğurlaması məlum olub.

Bundan başqa, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisində bir avtomobildən 350 manat pul oğurlayan Şəmkir rayon sakini olan yeniyetmə saxlanılıb.

Suraxanı RPİ 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Bakı şəhər sakini V.Əhmədova məxsus “QAZel” markalı avtomobildən 40 manat pul oğurlayan Ağdam rayon sakini S.Əliyev saxlanılıb.

Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də rayon ərazisindəki 4 avtomobilin
yan güzgülərini oğurlayan Bakı şəhər sakini V.Musayıbov saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *