Zığda keçmiş məhkum tanışını bıçaqlayıb


Median.Az
xəbər verir ki, avqustun 12-də Zığ qəsəbəsi ərazisindən xəstəxanaya kəsilmiş-deşilmiş xəsarətlə Bakı şəhər sakini M.Cavadov gətirilib.

Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.

Suraxanı RPİ 33-cü polis bölməsi və DİN Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb.

Suraxanı RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *