Bakıda yol qəzası zamanı bir qadın xəsarət alıb

Bakının Xətai rayonunda iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, nəticədə 49 yaşlı Mehdiyeva Ramilə Xalid qızı hadisə zamanı xəsarət alıb.

Yaralı “təcili yardım” maşını ilə xəstəxanaya çatdırılıb. Ona sol gicgah nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *