Ağstafada ölümlə nəticələnən yol qəzası olub

Ağstafa rayonunun Aşağı Göycəli kəndində minik avtomobili yük maşınına çırpılıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, nəticədə minik avtomobilinin 1985-ci il təvəllüdlü sürücüsü Zaur Həsənov hadisə yerində keçinib.

Maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Ağstafa rayon sakini Orxan Qurbanov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *