Sabirabadda yol qəzasında 3 nəfər ölüb

Median.Az xəbər verir ki, avqustun 15-də Sabirabad rayonunun Nərimankənd kəndində, Saatlı rayon sakini V. Bağırovun idarə etdiyi “QAZ-2410” və İmişli rayon sakini Ə.Xudiyevin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.

Nəticədə V.Bağırov və Ə.Xudiyevin sərnişinləri – Sərxoş Əliyev və Səmayə Muradova hadisə yerində ölüblər.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *