Azərbaycanda hamilə qadın özünə xəsarət yetirdi

Qaxda hamilə qadın özünə xəsarət yetirib.

Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Turaclı kənd sakini, 1988-ci il təvəllüdlü Aynur Siyafət qızı Vəliyeva koma vəziyyətində Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. A.Vəliyevanın yaxınları qadının özü-özünə xəsarət yetirdiyini bildiriblər.

A.Vəliyevaya başın və sifətin kəsilmiş-çırılmış yaraları və boyun nahiyəsində yumşaq toxumaların əziyi diaqnozu qoyulub. A.Vəliyevanın üç aylıq hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *