Ağsu və Tərtərdə avtomobillər uşaqları vuraraq, öldürüb

Median.Az xəbər verir ki, avqustun 17-i saat 13 radələrində Ağsu şəhərində, Şamaxı rayon sakini E.Hacıyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə Zərqava kənd sakini, 4 yaşlı Nəzrin Məmmədovanı vurub.

Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Bundan başqa, həmin gün saat 17 radələrində Tərtər rayonu ərazisində, şəhər sakini M.Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə 6 yaşlı
Pünhan Sadıqovu vurub. Ağır xəsarət alan azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *