Azərbaycanda gənc qız oğurlandı

Gədəbəydə 22 yaşlı qız oğurlanıb.

Median.Az “Report”a istinadən xəbər verir ki, Rayon Polis Şöbəsinə (RPŞ) 1997-ci il təvəllüdlü Ş. adlı qızın oğurlanması barədə məlumat daxil olub.

RPŞ əməkdaşları Ş-ni oğurlamaqda şübhəli bilinən 30 yaşlı Kamal Cəfərov və 63 yaşlı Fərhad Rzayevi saxlayıb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *