Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb – YENİLƏNİB

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə oxu.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

* * * * *

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Bu barədə oxu.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

O bildirib ki, hadisə rayonun İsmayıl bəy Qutqaşınlı, 63 ünvanında qeydə alınıb:

“Yanğın 17 mərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasındakı elektrik kabellərində baş verib. Hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bina sakinləri dərhal təxliyyə edilib. Yanğının söndürülməsi işi davam edir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *