Qubada 50 hektar taxıl sahəsi yandı

Qubada biçilmiş taxıl sahəsində güclü yanğın baş verib.

Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, yanğın rayonun Alpan kəndində qeydə alınıb.

Sakinlərə məxsus 50 hektar taxıl sahəsində baş verən yanğın söndürülüb.

Quba rayon İcra hakimiyyəti başçısının müavini Xanlar Heybətov Oxu.Az-a açıqlamasında bildirib ki, yanğın nəticəsində ərazidə Sovet dövründən qalan 10 alma ağacının ətrafındakı kol-kos da yanıb.

Yanğın 2 saat ərzində söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *