Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisindəki evdən 400 manat, 3 ədəd qol saatı, qızıl və gümüş əşyalar oğurlayan əvvəllər məhkum olunmuşlar Quba rayon sakini R.Quliyev və Beyləqan rayon sakini B.Nərimanov saxlanılıblar.

Bundan başqa, RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisindəki evdən 5000 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlayan Cəlilabad rayon sakini T.Səlimov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *