Şamaxıda baş verən yanğın söndürüldü – YENİLƏNİB

Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən saat 17:10-da söndürülüb.

Bu barədə Lent.az -a FHN-nin mətbuat xidmətindən bildirilib.

***

Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, avqustun 22-də nazirliyin “112” qaynar telefon xəttinə Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *