Azyaşlı binanın ikinci mərtəbəsindən yıxıldı

Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Üzeyir Hacıbəyov küçəsində yerləşən fəhlə yataqxanasında baş verib.Belə ki, valideyn nəzarətindən yayınan 2015-ci il təvəllüdlü Şirəliyev Məhəmməd Elvin oğlu yaşadığı beşmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb.

Ağır xəsarət alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *