“VAZ 2107” aşdı – 84 yaşlı sərnişin ağır xəsarət aldı

Ağstafa rayonunda sürücü avtomobilini aşırıb.

Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Sürücü idarə etdiyi “VAZ 2107” markalı avtomobili aşırması nəticəsində avtomobildə olan 84 yaşlı sərnişin ağır xəsarət alıb.

Yaralı Ağstafa rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu deyilir.

Hadisənin təfərrüatları araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *