Xəzər rayonunda keçmiş məhkum evdən oğurluq edib

Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 3-cü polis bölməsiəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də rayon ərazisindəki evdən 200 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlayan Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Həmidov saxlanılıb.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *