Xaçmaz və Tərtərdə çətənə yetişdirən şəxsər saxlanılıb

Median.Az xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Müşfiq kənd sakini Z.Əhmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən rayon sakini S.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *