“S-400″lərin ikinci partiyası Türkiyəyə göndərilir – Tarix açıqlandı

Avqustun 27-dən etibarən “S-400” hava hücumundan müdafiə sistemlərinin ikinci partiyasının Türkiyəyə gətirilməsinə başlanılacaq.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə “S-400” zenit-raket kompleksi almaqla ölkəni hava hücumlarından qorumaq məqsədi güdür.

Qeyd edək ki, iyun ayının 14-dən etibarən “S-400” komplekslərinin Türkiyəyə tədarükünə başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *