Azərbaycanda mikroavtobus aşıb, xəsarət alanlar var

Qusar rayonunda yol qəzası baş verib.

Median.Az xəbər verir ki, “Report”un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba-Dağıstan-Rusiya Federasiyası yolunun Qusar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini Xaləddin Murtuz oğlu Rzayevin idarə etdiyi “Ford-Transit” markalı, 90-BV-462 dövlət qeydiyyat nişanlı mikroavtobus idarəetməni itirərək yol kənarındakı gölməçəyə aşıb. Nəticədə üç nəfər – Sevil Tofiq qızı Mirzəyeva, Sənan Adil oğlu Nəsirov və Faiq Muxtar oğlu Məsumov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Mikroavtobus Dağıstan Respublikasının Mahaçqala şəhərinə gedirmiş, içərisindəkilərin də Bakı şəhər sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *