Goranboyda qəza: bir nəfər yaralandı

Goranboy yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, qəza Dəliməmmədli-Qaradağlı yolunda olub.

Belə ki, “Mitsubishi” və “VAZ-2106” markalı avtomobillərin toqquşması zamanı bir nəfər xəsarət alıb.

VAZ-ın sürücüsü 1989-cu il təvəllüdlü Hüseynov Ceyhun Vidadi oğlu hadisə nəticəsində yaralanıb.

O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma başladılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *