Sumqayıt və Mingəçevirdə “VAZ 2106” qaçıranlar tutulub

Median.Az xəbər verir ki, avqustun 25-də Sumqayıt ŞPİ 4-cü polis bölməsinə müraciət edən Corat qəsəbə sakini E.Hacıyev
32-ci məhəllənin ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırılmasını bildirib.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev avtomobillə birgə Nizami küçəsində saxlanılıb.

Bundan başqa, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini S.Rəhimova məxsus “VAZ-2106” markalı avtomobili qaçıran şəhər sakini D.Həsənov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *