Gəncədə marşrut avtobusu qəzaya düşüb, xəsarət alanlar var

Gəncədə marşrut avtobusu qəzaya düşüb.

Median.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Xətai və Atatürk prospektlərinin kəsişməsində qeydə alınıb. 6 saylı xətt üzrə hərəkətdə olan “Hyundai” markalı marşrut avtobusu “Hyundai” və “Mercedes” markalı avtomobillərlə toqquşub.

Nəticədə avtobusda olan iki qadın sərnişin xəsarət alıb.

Xəsarət alanlardan biri 1993-cü il təvəllüdlü Süleymanova Ramidə Rafiq qızıdır.

Hadisəyə avtobusun əyləc sistemində yaranmış problem səbəb olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *