Sumqayıtda itkin düşən uşaq tapılıb – YENİLƏNİB

Sumqayıtda itkin düşən uşaq tapılıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu yaşadığı binanın həyətindən çıxaraq digər binanın qarşısına keçib. Sonra yolu itirdiyindən başqa binaların həyətinə gəlib.

Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat veriləndən sonra uşaq tapılaraq ailəsinə təhvil verilib.

***

Sumqayıtda 7 yaşlı uşaq itkin düşüb.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib

Belə ki, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu həyətdə oynadığı yerdən yoxa çıxıb. Yaxınları dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat veriblər

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *