Bakı-Sumqayıt qatarlarında yaranan problemin SƏBƏBİ BİLİNDİ

Bu gün səhər saatlarında Bakı-Sumqayıt-Bakı elektrik qatarlarından istifadə edən sərnişinlər gedişhaqqı kartlarının yüklənməsində problemlə üzləşiblər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Baku.ws-ə verilən məlumata görə, buna səbəb elektrik enerjisində qısamüddətli kəsinti olub.

QSC-dən bildirilib ki, yaranan problem 5 dəqiqiə ərzində müvafiq qurumların əməkdaşları tərəfindən həll edilib.

Əlavə olunub ki, yaranmış fasilənin bilet satışı sistemlərində mövcud avadanlıqlarla heç bir əlaqəsi olmayıb:

“Avadanlıqlar həmişə saz vəziyyətdə saxlanılır”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *